ABŞ mediasında “VAZKEÇİLMƏZ ƏRDOĞAN!” başlıqları

ABŞ mediasında “VAZKEÇİLMƏZ ƏRDOĞAN!” başlıqları






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Almaniya, #Böyük Britaniy, #Böyük Britaniya, #Donald Tramp, #Haber Global, #Rəcəb Tayyib Ərdoğan, #Rusiya, #Türkiyə, #Ukrayna, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin “The New York Times” qəzeti Türkiyənin son illərdə qlobal proseslərdəki rolundan yazıb.

presstvaz-ın məlumatına görə, bu məsələni Türkiyənin “Haber Global” televiziya kanalı işıqlandırıb.

“Vazkeçilməz Ərdoğan!” başlıqlı təhlildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabr ayında Ağ Evə səfəri və ABŞ Prezidenti Donald Trampla görüşü xatırladılıb. Həmçinin, Almaniya kansleri Fridrix Merts və Böyük Britaniyanın Baş naziri Kir Starmerin Türkiyəyə səfərləri də vurğulanıb.

Təhlildə bildirilir ki, Prezident Ərdoğan beynəlxalq səviyyədə qurduğu strateji münasibətlər sayəsində Türkiyənin həm iqtisadi, həm də diplomatik gücünü artırıb və ölkənin qlobal tarazlıqdakı rolunu gücləndirib. Bundan başqa, Ərdoğanın Ukraynada sülh üçün diplomatik səyləri də vurğulanıb. Prezidentin həm Rusiya, həm də Ukrayna ilə dialoq qura bilən azsaylı liderlərdən biri olduğu və Türkiyənin strateji dəyərini artırdığı qeyd olunub. Bildirilib ki, Türkiyə sürətlə inkişaf edən daxili milli müdafiə sənayesi və NATO-dakı rolu sayəsində getdikcə daha vacib bir ölkəyə çevrilib.

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv