“Azercell” və Müdafiə Nazirliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

“Azercell” və Müdafiə Nazirliyi arasında əməkdaşlıq memorandumu imzalanıb






presstv

"Presstv"az #Ailə, #Audi, #Azercell, #Azərbaycan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və “Azercell Telekom” MMC arasında əsgərlər üçün xüsusi rabitə imkanlarının yaradılması məqsədilə əməkdaşlıq memorandumu imzalanıb.

Bu tərəfdaşlıq çərçivəsində “Azercell” ölkəmizin müdafiə qüvvələrinin üzvlərinə dəstək məqsədilə “Əsgərcell” adlı xüsusi təklif təqdim edəcək. Təşəbbüs əsgərlərin xidmət dövründə ailə üzvləri və yaxınları ilə etibarlı və təhlükəsiz əlaqə saxlamasına imkan yaradacaq.

2026-cı ildən etibarən qüvvəyə minəcək “Əsgərcell” təklifi çərçivəsində əsgərlərə xüsusi şərtlər ilə mobil cihaz və yeni nömrə təqdim olunacaq. Həmçinin, istənilən 5 nömrəni “ağ siyahı”ya əlavə etmək imkanı veriləcək və yalnız həmin nömrələrlə qarşılıqlı zənglər həyata keçirmək mümkün olacaq. Eyni zamanda, təcili yardım, polis və yanğınsöndürmə kimi zəruri xidmət nömrələrinə də zənglər əlçatan olacaq. Rabitə təhlükəsizliyini qorumaq və xidmətin təyinatına uyğun istifadəsini təmin etmək məqsədilə bu nömrələrdə SMS, internet, beynəlxalq və rouminq xidmətləri əlçatan olmayacaq.

Əsgərlərə hərbi hissələrdə yaradılmış müvəqqəti satış məntəqələrindən cihaz və yeni nömrəni əldə etmək imkanı yaradılacaq. “Azercell” nümayəndələri qeydiyyat prosesini yerindəcə həyata keçirərək nömrəni aktivləşdirib, cihazı abunəçiyə təqdim edəcəklər.

Azercell və Müdafiə Nazirliyi arasında əməkdaşlıq memorandumu imzalanıb


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv