Səhiyyə sistemində vahid yanaşmanın təmini üçün layihə hazırlanıb

Səhiyyə sistemində vahid yanaşmanın təmini üçün layihə hazırlanıb






presstv

"Presstv"az #Azərbaycan, #Həkim, #Səhiyyə Nazirliyi, #Teymur Musayev

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Səhiyyə Nazirliyinin tabeliyindəki Tibbi Müəssisələrin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi bu sahədə sistemli şəkildə fəaliyyət göstərir. İki il ərzində peşəkar cəmiyyətlərlə sıx əməkdaşlıq qurulub və ardıcıl şəkildə protokollar təqdim olunur, müvafiq şura tərəfindən təsdiqlənir. Bu proses beynəlxalq təcrübəyə əsasən illərlə vaxt tələb edir, lakin inanırıq ki, növbəti üç il ərzində vahid standartlar əsasında əsaslı sənəd bazasına sahib olacağıq”.

presstvaz xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev parlamentdə “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Eyni zamanda, dövlət müəssisələrindəki radioloji və laborator xidmətlərin özəl qurumlarla əməkdaşlıq əsasında təşkilinə dair suallar da verildi. Qeyd etmək istəyirəm ki, Səhiyyə Nazirliyinin tabeliyində olan 9 elmi-tədqiqat institutu daxilində bu xidmətlər həmin müəssisələrin bölmələri tərəfindən həyata keçirilir və əldə olunan gəlir birbaşa onların özünə məxsusdur. Bu gəlirlər də əsasən əməkhaqqı əlavələrinin və həkimlərin rifahının təmin edilməsinə yönəlir”, – deyə nazir bildirib.

Nazir vurğulayıb ki, vahid yanaşmanın təmin olunması üçün artıq layihə hazırlanaraq aidiyyəti qurumlara göndərilib:

“Qısa müddətdə bu yanaşmanın tətbiq ediləcəyini və bu sahədəki sualların gündəmdən düşəcəyini düşünürük”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv