Gəncə stadionunda işləyənlər əməkhaqlarını ala bilmirlər

Gəncə stadionunda işləyənlər əməkhaqlarını ala bilmirlər






presstv

"Presstv"az #Audi, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gəncə stadionunun inşasında podratçı kimi iştirak edən “Green Service LTD” şirkətinin əməkdaşları əməkhaqlarını ala bilmirlər.

presstvaz Xəzər TV-yə istinadən xəbər verir ki, aylarla stadionun tikintisində çalışan işçilər maaşlarının hər dəfə müxtəlif bəhanələrlə yubadıldığını bildiriblər.

Şikayətçilərin sözlərinə görə, “Green Service LTD”nin maliyyə məsələlərinə cavabdeh nümayəndəsi Mirhüseyn Seyidli əməkhaqqı tələbinə hər dəfə müxtəlif vədlərlə cavab verir.

Məsələdə adı hallanan Mirhüseyn Seyidli ilə əlaqə saxlanılıb. O, sualları daha sonra cavablandıracağını bildirsə də, sonradan zənglərə cavab verməyib.

Şikayətçilər, həmçinin qeyd ediblər ki, stadionun tikintisində çalışan digər podratçı şirkətlərin əməkdaşları bu cür problemlə üzləşməyiblər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv