Rusiyadan buğda daşıyan qatar Azərbaycan ərazisindən keçməklə Ermənistana çatıb

Rusiyadan buğda daşıyan qatar Azərbaycan ərazisindən keçməklə Ermənistana çatıb






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Ermənistan, #İlham Əliyev, #Qazax, #Qazaxıstan, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyadan Azərbaycan üzərindən dəmir yolu ilə daşınan ilk buğda partiyası artıq Ermənistana çatıb.

presstvaz Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Geqam Papoyan bildirib.

Onun sözlərinə görə, yükün ilk partiyası “Ayrum” stansiyasına gətirilib: “Bu, tarixi gündür. Demək olar ki, 35 ildən sonra ilk dəfə olaraq yük Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana çatdırılıb”, – nazir vurğulayıb.

O bildirib ki, ilk partiya Rusiyadan gətirilən buğdadır, ikinci partiya isə Qazaxıstandan gələcək.

Qeyd edək ki, hazırda Qazaxıstan buğdası Azərbaycan ərazisindədir və noyabrın 7-ə qədər Ermənistana çatacağı gözlənilir. Ümumi çəkisi 1000 ton olan buğda 15 vaqonla daşınır.

05 noyabr, 17:08

Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınmasına başlanılıb.

presstvaz “Report”a istinadla xəbər verir ki, Qazaxıstandan gələn 15 vaqon buğda noyabrın 5-də Azərbaycan sərhədini keçərək Yalamaya doğru istiqamət götürüb.

Bildirilib ki, Yalama-Biləcəri-Hacıqabul-Böyük Kəsik marşrutu ilə daşınan yük noyabrın 4-də Rusiyadan gələn 15 vaqonun ardınca Ermənistanın Dalarik stansiyasına yola salınacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlərin aradan qaldırıldığını Qazaxıstanda verdiyi bəyanatda qeyd etmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv