Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üçün xərcləri 8,5 milyard manat proqnozlaşdırılır

Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üçün xərcləri 8,5 milyard manat proqnozlaşdırılır






presstv

"Presstv"az #Audi, #İqtisadi siyasət, #Milli Məclis

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2026-cı il üçün xərcləri 8 milyard 483.07 milyon manat məbləğində proqnozlaşdırılır. Bu göstərici 2025-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 806.65 milyon manat və ya 10.51% çoxdur.

presstvaz xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət sosial müdafiə fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Növbəti il üçün əhaliyə ödənişlər 8 milyard 196.45 milyon manat səviyyəsində nəzərdə tutulur ki, bu da Fondun ümumi xərclərinin 96.62%-ni təşkil edir. Əhaliyə ödənişlər üzrə proqnozlaşdırılan məbləğin 7 992.88 milyon manatı əmək pensiyalarının, 203.57 milyon manatı isə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin ödənilməsinə yönəldiləcək. Bu, 2025-ci ilin təsdiqlənmiş proqnozuna nisbətən 787.51 milyon manat və ya 10.63% artım deməkdir.

Əmək pensiyalarının ödənişi üzrə 2026-cı il üçün nəzərdə tutulmuş xərclər 7 992.88 milyon manatdır ki, bu da əvvəlki illə müqayisədə 10.85% və ya 782.35 milyon manat çoxdur. Hesablamalar zamanı əmək pensiyalarının nominal əməkhaqqının 2025-ci ildə 9.2% artımına uyğun indeksləşdirilməsi (1 101.6 × 100 / 1 009.2 = 109.2%) nəzərə alınıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv