Heyvanlardan yoluxur, qızdırmayla başlayır – Ölümcül xəstəlik yayıldı

Heyvanlardan yoluxur, qızdırmayla başlayır – Ölümcül xəstəlik yayıldı






presstv

"Presstv"az #Epidemiya, #Keniya, #qızdırma, #Səhiyyə Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Seneqalda sentyabrın sonunda başlayan "Rift Vadisi Qızdırması" epidemiyası getdikcə daha da geniş yayılır.

presstvaz xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, aşkarlanan 381 yoluxmadan 312 nəfər sağalıb, 29 nəfər isə həyatını itirib.

"Rift Vadisi Qızdırması" ilk dəfə 1931-ci ildə Keniyada, Böyük Rift Vadisi bölgəsində mal-qara arasında aşkar edilib. Virus adını da həmin ərazidən alıb.

Bu zoonotik xəstəlik yəni heyvanlardan insanlara keçən virus, əsasən ağcaqanadlar vasitəsilə və ya yoluxmuş heyvanların qanı, toxuması və ya bədən mayeləri ilə birbaşa təmas nəticəsində yayılır.

Xəstəlik adətən yüksək hərarət, zəiflik, əzələ ağrıları və yorğunluq kimi simptomlarla özünü göstərir. Lakin bəzi hallarda qaraciyər çatışmazlığı, beyin və ya göz iltihabı kimi ağırlaşmalar müşahidə oluna bilər.

Mütəxəssislər bildirirlər ki, virus insandan insana keçmir, lakin nəzarət və dezinfeksiya tədbirlərinin gücləndirilməsi vacibdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv