“Wolt” artıq Şuşa və Qubada: Rahat və sürətli çatdırılma xidməti daha iki yeni şəhərdə istifadədə

“Wolt” artıq Şuşa və Qubada: Rahat və sürətli çatdırılma xidməti daha iki yeni şəhərdə istifadədə






presstv

"Presstv"az #Ailə, #Audi, #Azərbaycan, #Bakı, #Finlandiya, #Lənkəran, #Qəbələ, #Qida məhsulları, #Quba, #Şuşa

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Wolt Bakı” Azərbaycanda 2019-cu ildən qida və qeyri-qida məhsullarının çatdırılması sahəsində fəaliyyət göstərən texnologiya və logistika şirkətidir, Azərbaycanın regionlarında genişlənməsini davam etdirərək artıq Şuşa və Qubada şəhərlərində də fəaliyyətə başlayıb. Bu addım, şirkətin ölkə üzrə daha çox insana rahat, etibarlı və müasir çatdırılma təcrübəsi təqdim etmək strategiyasının növbəti mərhələsini təşkil edir.

“Wolt”un yeni şəhərlərdə istifadəyə verilməsi, şirkətin məqsədinə – Azərbaycanın bütün bölgələrində eyni səviyyədə yüksək xidmət keyfiyyəti təmin etmək istiqamətində atılmış mühüm addımdır. Artıq Şuşa və Qubada yaşayan istifadəçilər “Wolt” tətbiqi vasitəsilə sevdikləri restoranlardan yeməkləri, eləcə də supermarketlər, müxtəlif növ mağazalardan və apteklərdən istədiklərini bir neçə toxunuşla sifariş edə bilirlər. Çatdırılmalar tez, etibarlı və izlənəbilən formada həyata keçirilir.

Yerli sahibkarlar üçün isə “Wolt” yalnız çatdırılma xidməti deyil, həm də rəqəmsal satış kanalı və marketinq dəstəyi platforması rolunu oynayır. Şirkət tərəfdaşlarına yeni müştərilərə çıxış imkanı, analitika alətləri və platformada görünürlük imkanı təqdim edərək, onların satışlarını artırmağa və bizneslərini inkişaf etdirməyə şərait yaradır.

Yeni şəhərin xəritəyə əlavə olunması ilə “Wolt” Azərbaycanın regionlarında rəqəmsal transformasiyanı sürətləndirmək, yerli iqtisadiyyata dəstək vermək və müştəri təcrübəsini təkmilləşdirmək məqsədini davam etdirir. Şirkət həm yerli sahibkarlar, həm də kuryerlər üçün yeni gəlir imkanları yaradaraq, regionlarda məşğulluğun artmasına da töhfə verir. Şuşa və Qubada “Wolt”un istifadəyə verilməsi, şirkətin Azərbaycan bazarına uzunmüddətli strateji yanaşmasının bir hissəsidir. Genişlənmə planları çərçivəsində “Wolt” yaxın aylarda digər şəhərlərdə də fəaliyyətini genişləndirməyi planlaşdırır.

“Wolt” haqqında

“Wolt” – 2014-cü ildə Finlandiyada yaradılmış texnologiya şirkətidir. Hazırda “DoorDash” qlobal ailəsinin bir hissəsi olan “Wolt” 25-dən çox ölkədə 300-dən çox şəhərdə fəaliyyət göstərir və milyonlarla istifadəçiyə xidmət göstərir.

Azərbaycanda “Wolt” paytaxt Bakı ilə yanaşı, Sumqayıt, Gəncə, Lənkəran, Quba, Şuşa, Xankəndi, Qəbələ, Mingəçevir, Naxçıvanda da aktivdir və məqsədi ölkənin bütün şəhərlərində rahat, texnologiya əsaslı çatdırılma təcrübəsini əlçatan etməkdir. Odur ki, yaxın zamanda yeni şəhərlərdə də xidmətinizdə olacaq. “Wolt” tətbiqini “App Store” və “Play Store”dan asanlıqla yükləyib istədiklərinizi sifariş edin və sürətli çatdırılmadan zövq alın.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv