Mətbuat Şurası “CBC Sport”u fəaliyyətinin 10 illiyi ilə bağlı təbrik edib

Mətbuat Şurası “CBC Sport”u fəaliyyətinin 10 illiyi ilə bağlı təbrik edib






presstv

"Presstv"az #Ailə, #Azərbaycan, #Azərbaycan Mətbuat Şurası, #Mətbuat Şurası, #Təbrik

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu gün “CBC Sport” telekanalının 10 illiyidir. Telekanal ötən müddətdə Azərbaycanın efir məkanına rəngarənglik gətirdi, onun ayrı-ayrı proqram və verilişləri, ümumən məxsusi yaradıcılıq tərzi cəmiyyətimizdə nəinki idmanı daha da populyarlaşdırdı, eyni zamanda, sahənin təqdimatına tamlıq və dolğunluq qazandırdı.

Buna görə “CBC Sport”un fəaliyyəti jurnalistikamızın ixtisaslaşmasına, idman jurnalistikasının inkişafına xidmət nümunəsidir.

Neçə-neçə beynəlxalq və yerli əhəmiyyətli mötəbər turnirlərin yayımını yüksək səviyyədə təşkil etmiş “CBC Sport”da çalışan yaradıcı heyətin əzmkarlığı, bacarığı və səriştəsi sayəsində telekanalın inkişafının davamlı xarakter daşıyacağı birmənalıdır. Bu günün inkişaf göstəriciləri isə yeni müvəffəqiyyətlər üçün təminatdır. Əminik ki, media orqanı gələcək uğurları ilə də idman ictimaiyyətini və bütövlükdə cəmiyyətimizi sevindirəcək.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri əməksevər “CBC Sport” ailəsini  telekanalın fəaliyyətinin 10 illiyi münasibəti ilə təbrik edir, bu ailənin hər bir üzvünə möhkəm cansağlığı, yüksək yaradıcılıq şövqü diləyir, ən xoş arzularını çatdırmaqdan məmnunluq duyurlar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv