Paytaxtın abad məhəllələrində minifutbol yarışları başa çatıb

Paytaxtın abad məhəllələrində minifutbol yarışları başa çatıb






presstv

"Presstv"az #Audi, #Bakı, #Bakı Şəhər İcra Hakimiyyəti, #Çin, #Futbol, #Hakim, #Heydər Əliyev, #Heydər Əliyev Fondu, #IDEA İctimai Birliyi, #İdman, #Leyla Əliyeva, #Minifutbol, #Müharibə, #Sabunçu rayonu, #Sağlam həyat tərzi, #Vətən müharibəsi, #Yasamal Rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış Şanlı Qələbənin 5-ci ildönümünə həsr olunan “Zəfərindən Güc Al” devizi ilə Bakı şəhər rayonlarını əhatə edən Abad məhəllələrarası minifutbol turnirinə yekun vurulub.

presstvaz bildirir ki,   bu barədə    Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 2013-2014-cü il təvəllüdlü yeniyetmələr arasında keçirilən və 2 mərhələdən – rayon və şəhər mərhələlərindən ibarət olan futbol yarışmasının əsas məqsədi yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi, onlarda sağlam həyat tərzinin təşviq edilməsi və idmanla məşğul olmağa cəlb edilməsidir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın qəsəbə və yaşayış məntəqələrində həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində yaradılan abad məhəllələrdəki minifutbol stadionlarında təşkil edilən yarışlar olimpiya sistemi üzrə keçirilib və yarışda ümumilikdə 1266 yeniyetmə idmançının yer aldığı 123 komanda iştirak edib.

Turnirin birinci turu oktyabrın 24-nə kimi paytaxt rayonlarında yekunlaşıb, daha sonra isə rayon turlarının qalibləri Bakı şəhər mərhələsində yarışıblar.

Respublikasəviyyəli hakimlərin iştirakı ilə təşkil edilən turnirə oktyabrın 31-də final oyunları ilə yekun vurulub. Tədbirin əvvəlində populyar müğənnilər Çinarə Məlikzadə və İlhamə Qasımova iştirakçılar qarşısında çıxış ediblər. Rəsmi açılış mərasimindən sonra final oyunu keçirilib.

Final oyununda Yasamal rayonunun komandası və Sabunçu rayonunun komandası görüşüblər. 7:5 hesabı ilə qalib gələn Yasamal rayonunun komandası turnirin qalibi olub.

Turnirin qalibləri Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Tədbirin sonunda atəşfəşanlıq keçirilib və xatirə şəkli çəkdirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv