KİV: ABŞ-nin yüksəkvəzifəli şəxsləri hərbi bazalara köçməyə başlayıblar

KİV: ABŞ-nin yüksəkvəzifəli şəxsləri hərbi bazalara köçməyə başlayıblar






presstv

"Presstv"az #ABŞ, #Ailə, #Audi, #Donald Tramp, #Quru Qoşunları, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp administrasiyasının yüksəkvəzifəli şəxsləri mühafizəkar siyasi fəal Çarli Kirkin öldürülməsindən sonra təhlükəsizlik məqsədilə hərbi bazalara köçməyə başlayıblar.

presstvaz bildirir ki, bu barədə “The Atlantic” jurnalı mənbələrə istinadən xəbər verir.

Qeyd edilir ki, ABŞ-də Trampın siyasətinə qarşı fəal etirazlar, vəzifəli şəxslərin və onların ailələrin ünvanına hədələr də administrasiya nümayəndələrinin hərbi bazalara köçməsinə rəvac verib.

Köçənlər arasında dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset, daxili təhlükəsizlik naziri Kristi Noem, quru qoşunları naziri Daniel Driskol da var.

Xatırladaq ki, sentyabrın 10-da Kirk Yuta ştatındakı universitet kampusunda çıxış edərkən ona təxminən 800 metr məsafədən atəş açılmışdı. Güllə boynuna dəymiş, o isə ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmamışdı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv