Samir Şərifov: “Ağdamda aqrar şəhərciyin yaradılması ilə əlaqədar hökumətlərə tapşırıqlar verilib”

Samir Şərifov: “Ağdamda aqrar şəhərciyin yaradılması ilə əlaqədar hökumətlərə tapşırıqlar verilib”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Belarus, #Samir Şərifov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ağdam rayonunda Aqrar şəhərciyin yaradılması məsələsi ilə əlaqədar Azərbaycan və Belarus hökumətlərinə müvafiq tapşırıqlar verilib”.

presstvaz xəbər verir ki, bunu “Report”a baş nazirin müavini Samir Şərifov deyib.

Qeyd edək ki, Samir Şərifov Belarusun baş nazirinin müavini Natalya Petkeviçlə Ağdama səfər edib.

O bildirib ki, verilən tapşırıqlar əsasında həm iki ölkə arasında komissiya çərçivəsində, həm də Qarabağa səfər zamanı yerində müzakirələr aparılıb:

“Görülən işlərin icra vəziyyəti ilə tanışıq. Tapşırıqlara uyğun olaraq artıq proses başlayıb. Hazırda Belarus tərəfindən Ağdam rayonunun Qızıl Kəngərli kəndində layihələndirmə işləri aparılır. Həmin ərazidə quşçuluq təsərrüfatı, həmçinin ət və süd istehsalı müəssisələrinin qurulması planlaşdırılır. Prezidentin xüsusi tapşırığına əsasən, Azərbaycan özünü quş ətinin daxili istehsalı üzrə tam təmin etməlidir. Layihələndirmə işləri daha çox Belarus tərəfindən həyata keçiriləcək. Quşçuluq, ət və süd istehsalına investisiya qoyuluşu isə Azərbaycan tərəfindən təmin olunacaq”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv