Baş nazirin müavini: “Ağdam Sənaye Şəhərciyində Azərbaycanla Belarusun birgə lift istehsalı təşkil ediləcək”

Baş nazirin müavini: “Ağdam Sənaye Şəhərciyində Azərbaycanla Belarusun birgə lift istehsalı təşkil ediləcək”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Belarus, #Samir Şərifov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycanla Belarusun müştərək əməkdaşlıq çərçivəsində lift istehsalı müəssisəsinin yaradılması müzakirə olunub”.

presstvaz xəbər verir ki, bunu “Report”a baş nazirin müavini Samir Şərifov deyib.

Qeyd edək ki, Samir Şərifov Belarusun baş nazirinin müavini Natalya Petkeviçlə Ağdama səfər edib.

Baş nazirin müavini qeyd edib ki, artıq bu tərəfdaşlıq çərçivəsində əməkdaşlıq var:

“Bakı və digər böyük şəhərlər üçün 200-dən artıq lift istehsal olunaraq istifadəyə verilib. Ağdamda yeni tikilən binalar bu liftlərlə təchiz olunub. Qərara gəlinib ki, Ağdam Sənaye Şəhərciyinin ərazisində lift istehsalı təşkil ediləcək”.

Baş nazirin müavini, həmçinin diqqətə çatdırıb ki, ölkələrimiz arasında 2024-cü ildə ticarət dövriyyəsi 40 faizdən çox artıb:

“Bu il bir qədər azalıb. Amma, ümumiyyətlə, biz hesab edirik ki, iki ölkə arasında ticarət xərcləri daha da arta bilər, bunun üçün kifayət qədər potensial var”.

O qeyd edib ki, hökumətlərarası komissiyanın iclasında əldə olunmuş razılaşmalar, qəbul edilmiş qərarlar əsasında bir sıra layihələrin də həyata keçirilməsi nəzərdə tutulur:

“Bunun nəticəsində Azərbaycanda bir sıra məhsulların istehsalı planlaşdırılır. Həmin istehsalın bir qismi Belarusdan təchiz ediləcək xammal və ya komplektləşdirici materiallar hesabına baş verəcək. Əsas məqsədimiz ondan ibarətdir ki, ilkin mərhələdə idxal etdiyimiz malları tədricən lokallaşdıraq, yəni Azərbaycanda istehsalını təşkil edək”.

O hesab edir ki, bu, ticarət dövriyyəsinə əlavə müsbət təkan verəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv