Saleh Səmədovun işdən çıxarılan oğlunun yerinə TƏYİNAT

Saleh Səmədovun işdən çıxarılan oğlunun yerinə TƏYİNAT






presstv

"Presstv"az #Audi, #Dövlət Təhlükəsizliyi Xidməti (DTX), #Hakim, #İmişli, #SSRİ, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun işdən çıxarılan oğlu Kamran Səmədovun yerinə təyinat olub.

presstvaz “Unikal”a istinadən xəbər verir ki, vaxtilə İmişli Rayon İcra Hakimiyyəti başçısının Yeni Bəhramtəpə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini işləyən Kamran Səmədovun yerinə Şəmşir Əhmədov təyin edilib. O, artıq işinin icrasına başlayıb.

Qeyd edək ki, Saleh Səmədov Faşizm üzərində Qələbə Günü-9 mayda keçirilən tədbirdə SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan “Georgi lenti” ilə çıxış etmişdi. O, sonradan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən mənimsəmə ittihamı ilə həbs edilib. Hazırda iş üzrə ibtidai istintaq aparılır. S.Səmədovun oğlu Kamran Səmədov isə atasının “Georgi lenti” ilə çıxışından bir neçə gün sonra vəzifəsindən azad edilmişdi.

Fotoda: Kamran Səmədov

Saleh Səmədovun işdən çıxarılan oğlunun yerinə TƏYİNAT


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv