Kolleclərdə yüksək vəzifəyə TƏYİNATLAR – Biri tələbədir

Kolleclərdə yüksək vəzifəyə TƏYİNATLAR – Biri tələbədir






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, #Gəncə Dövlət Universiteti, #Magistratura, #Təhsil, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın müvafiq əmri ilə Pərviz Müseyibli Azərbaycan Maliyyə-İqtisad Kollecinin, Ramilə Tağıyeva isə Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

presstvaz xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, Pərviz Müseyibli bakalavr təhsilini Bakı Dövlət Universitetində (BDU) mexanika ixtisası üzrə, magistratura təhsilini isə maye, qaz və plazma mexanikası ixtisası üzrə alıb. O, 2022-ci ildə Riyaziyyat və Mexanika İnstitutunda doktorantura təhsilini tamamlayaraq mexanika üzrə fəlsəfə doktoru elmi adına layiq görülüb.

Əmək fəaliyyətinə 2015-ci ildə Riyaziyyat və Mexanika İnstitutunda başlayıb və hazırda həmin İnstitutda böyük elmi işçi vəzifəsində çalışır, eyni zamanda BDU-da pedaqoji fəaliyyətini davam etdirir. P.Müseyibli AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının idarə heyətinin, eləcə də “Gənc tədqiqatçı” jurnalının redaksiya heyətinin üzvü və bir sıra elmi nəşrlərin müəllifidir.

Ramilə Tağıyeva bakalavr təhsilini BDU-da kimya ixtisası üzrə alıb və hazırda Gəncə Dövlət Universitetində kimya ixtisası üzrə magistr təhsilini davam etdirir. 2014-cü ildən etibarən Tovuz Dövlət Sosial-İqtisadi Kollecində pedaqoji fəaliyyətə başlayıb. O, 2024-cü ildən etibarən son təyinatədək həmin kollecdə şöbə müdiri vəzifəsində çalışıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv