Marsda mümkün su hövzələrinin harada ola biləcəyi aşkar edildi

Marsda mümkün su hövzələrinin harada ola biləcəyi aşkar edildi






presstv

"Presstv"az #ABŞ, #Audi, #Planet

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin Arizona Planetologiya İnstitutunun alimləri Marsın səthinin altında maye su axınları şəbəkəsinin mövcud ola biləcəyini və suyun donmuş torpağın içindən axa biləcəyini ehtimal ediblər. Yeni hesablamalar göstərib ki, bu dar kanallar mikroorqanizmlərin həyatını dəstəkləmək üçün kifayət qədər miqyaslı ola bilər.

presstvaz-ın xəbərinə görə, bununla bağlı tədqiqatın nəticələri “Icarus” jurnalında dərc edilib.

“Biz həmişə Marsın potensial yaşayış üçün yararlılığı və yaşayış üçün tamamilə yararsızlığı arasında qalırıq. Biz sübut etmək istəyirdik ki, orada həyat üçün kifayət qədər su yoxdur, lakin yanıldıq”, – deyə tədqiqatın aparıcı müəlliflərindən olan Hanna Sayzmor qeyd edib.

Tədqiqatçılar buzlu torpağın nə qədər hissəsinin maye halında qala biləcəyini və kanalların ölçüsünü nə qədər olacağını qiymətləndirmək üçün Mars torpağının tərkibi haqqında məlumatlardan istifadə ediblər. Marsda su adətən -150°C-yə qədər aşağı temperaturlarda donur. Lakin torpaqda duzların olması donma həddini aşağı salır və bu da suyun hətta ekstremal şəraitdə belə maye halında qalmasına imkan verir.

Sayzmor və həmkarları tərkibində 5%-dən çox su olan və diametri beş mikron (metrin milyonda bir hissəsi – red.) olan kanalların kifayət qədər asanlıqla əmələ gələ biləcəyini aşkar ediblər. Alimlər izah ediblər ki, çox kiçik məkanlar mikrobların orada yaşaması və qida maddələrini daşıması üçün kifayətdir.

Alimlər bu qənaətə gəliblər ki, Marsın səthə yaxın təbəqələrində həyat mövcud ola bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv