Təhsil, tibbi və sosial sahələrdə normalar dəyişdirildi: Daha hansı artımlar olacaq?

Təhsil, tibbi və sosial sahələrdə normalar dəyişdirildi: Daha hansı artımlar olacaq?






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Nazirlər Kabineti, #Təhsil, #Vüqar Bayramov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycan Prezidentinin “Yaşayış minimumu haqqında” Qanunda təsdiq etdiyi dəyişikliklərə uyğun olaraq Nazirlər Kabineti tibb, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin yeni qida normalarını müəyyənləşdirib. Yeni qərar ilə tibb və təhsil müəssisələrində uşaqlar üçün sutkalıq qida normaları təsdiq edilib. Sosial sahəyə aid olan müəssisələrdə xidmət alan şəxslər üçün də ortasutkalıq qida normalarının təsdiqi də reallaşıb”.

presstvaz xəbər verir ki, bu fikirlər iqtisadçı-deputat Vüqar Bayramovun sosial şəbəkə səhifəsindəki şərhində yer alıb.

O bildirib ki, yeni dəyişikliklərə əsasən, tibb və təhsil müəssisələri ilə yanaşı, sosial sahəyə aid müəssisələrdə şəxslər üçün də yeni qida normaları təsdiq edilib:

“Belə ki, əvvəlki qanunvericilikdə sosial sahəyə aid müəssisələr üçün normaların təsdiqi nəzərdə tutulmurdu və bu da institusional olaraq onların bu imkandan tam faydalanmasına imkan vermirdi. Yeni dəyişikliklər bu boşluğu aradan qaldırdı”.

“Artımlara gəldikdə isə, yeni normalarda artımlar da təsdiq edilib və bu da həmin qurumlara dövlət büdcəsindən daha çox vəsaitin ayrılacağı anlamına gəlir. Təbii ki, bu, həmin müəssisələrin fəaliyyətlərinin səmərəliliyinin artmasına və maddi və sosial təminatının daha da gücləndirilməsinə imkan verəcək.

Təhsil, tibbi və sosial sahələrdə normalar dəyişdirildi: Daha hansı artımlar olacaq?

Yeni qida normalarının təsdiqi həmin müəssisələrdə xidmət alan vətəndaşlarımız üçün yeni imkan kimi xarakterizə olunur. Belə ki, yeni normalar müasir çağırışlar və xərclər nəzərə alınmaqla təsdiq olunub. Bu isə həmin müəssislər üçün ödənilən məbləğin artmasına səbəb ola bilər. Təbii ki, bu, həmçinin həmin qurumlarda xidmətin keyfiyyətinin də artmasına gətirib çıxaracaq. Bu baxımdan, yeni normaların təsdiqi mütərəqqidir və büdcədən bu sahəyə daha çox vəsait ayrılmasına səbəb olmaqla vətəndaşlarımızın sosial təminatının gücləndirilməsinə xidmət edəcək”, – deyə V.Bayramov paylaşımında qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv