Günəşlidə bir neçə evin altında torpaq çöküb: “Metan qazının qoxusundan oturmaq olmur”

Günəşlidə bir neçə evin altında torpaq çöküb: “Metan qazının qoxusundan oturmaq olmur”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Bakı Şəhər İcra Hakimiyyəti, #Günəş, #Hakim, #Xətai Rayon İcra Hakimiyyəti, #Xətai rayonu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xətai rayonunun Günəşli qəsəbəsi, Zeytun küçəsinin sakinləri bir ilə yaxındır ki, qəzalı vəziyyətdə olan evlərdə yaşayırlar.

Məlumata görə, artıq bir neçə evin altında torpaq çöküb və evlər havada qalıb. Bundan əlavə, sakinlərin sözlərinə görə, ərazidəki metan qazının qoxusundan evlərdə qalmaq çətinləşib.

Sakinlərdən biri vəziyyətlə bağlı bunları qeyd edib:

“Evimizdə çatlar əmələ gəlib, metan qazının qoxusundan oturmaq olmur. Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Xətai Rayon İcra Hakimiyyətindən gəlib baxış keçirdilər. Bizə məlumat verildi ki, sizə kompensasiya veriləcək və siz burdan köçürüləcəksiniz”.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən də açıqlama gəlib. Agentlikdən bildirilib ki, qeyd olunan məsələ ilə bağlı hüquqi müstəvidə müvafiq qiymətləndirmə aparılacaq və qanunvericiliyin tələblərinə uyğun qərar qəbul ediləcək.

Daha ətraflı Baku TV-nin videomaterialında:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv