Ölümcül döyüldüyü üçün atasının ürəyi partlayıb ölmüşdü: Özü də xəstəxanada vəfat etdi

Ölümcül döyüldüyü üçün atasının ürəyi partlayıb ölmüşdü: Özü də xəstəxanada vəfat etdi






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Audi, #Cinayət işi, #Hadisə, #Münaqişə, #Zaqatala Rayon Mərkəzi Xəstəxanası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Zaqatalada bir həftə əvvəl tanışları tərəfindən ölümcül döyülən 41 yaşlı kişi xəstəxanada ölüb.

presstvaz APA-ya istinadən xəbər verir ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun Reanimasiya şöbəsində müalicə alan 41 yaşlı Zaqatala şəhər sakini İsgəndər Yusif oğlu Musayev axşam saatlarında dünyasını dəyişib.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, İ.Musayev oktyabrın 20-dən 21-ə keçən gecə rayonun Yuxarı Tala kənd inzibati ərazisində tanışları Zaqatala rayon sakinləri Hafiz Ramiz oğlu Hacıyev və Rasim Süleymanoviç Abbasov tərəfindən aralarında baş verən münaqişə zəminində ölümcül döyülmüşdü.

İ.Musayevin döyülərək komaya düşməsinə dözməyən atası Yusif Musayev isə bir neçə gün öncə gecə ürək çatışmazlığından vəfat etmişdi.

Hadisəni törətməkdə şübhəli sayılan Hafiz Ramiz oğlu Hacıyev və Rasim Süleymanoviç Abbasov hadisəni törətdikdən sonra qaçıb gizləniblər. Hazırda onların tapılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda CM-nin müvafiq maddəsi ilə cinayət işi başladılıb, araşdırma aparılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv