İngiltərə Futbol Assosiasiyası Rodrini cərimələdi

İngiltərə Futbol Assosiasiyası Rodrini cərimələdi






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri İngiltərə Premyer Liqasının 24-cü turunda “Tottenhem”lə oyundan (2:2) sonra hakimləri açıq şəkildə tənqid etdiyi üçün cərimələnib.

presstvaz bu barədə İngiltərə Futbol Assosiasiyasının (FA) saytına istinadən xəbər verir.

Oyundan sonra ispan futbolçu hakim Robert Consun “Tottenhem”in hücumçusu Dominik Solankenin ilk qolunu qeydə almaq qərarını tənqid edib.

“Təmiz qayda pozuntusu idi. “Mançester Siti” çox tez-tez qalib gəlirdi və insanlar bizim qalib gəlməyimizi istəmirlər, lakin hakim neytral işləməlidir”, – deyə Rodri vurğulayıb.

FA Rodrini “qərəzlilik ehtimalı yaradan, yaxud hakimin dürüstlüyünü şübhə altına alan” şərhlərinə görə “qeyri-münasib davranışda” ittiham edib.

Rodri 80 min funt sterlinq məbləğində cərimələnib və ona xəbərdarlıq edilib. Qeyd olunur ki, araşdırma zamanı “Mançester Siti”nin yarımmüdafiəçisi təqsirini etiraf edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv