“Hizbullah” İranın yeni ali liderinə sadiqliyini bəyan etdi

“Hizbullah” İranın yeni ali liderinə sadiqliyini bəyan etdi






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Livanın “Hizbullah” hərəkatı Müctəba Xameneinin İranın ali lideri seçilməsini alqışlayıb və İranla ortaq yoluna sadiq qaldığını bəyan edib.

presstvaz xəbər verir ki, bu barədə hərəkatın “Telegram” kanalında yayımlanan bəyanatda bildirilir.

“ABŞ və İsrailin cinayətkar təcavüzünə baxmayaraq, Ekspertlər Şurasının yeni liderin seçilməsində nümayiş etdirdiyi müdriklik və məsuliyyəti yüksək qiymətləndiririk. İranın mübarək rəhbərliyinə sarsılmaz sadiqliyimizi təsdiqləyirik”, – deyə bəyanatda vurğulanır.

Xatırladaq ki, 9 mart 2026-cı ildə İranın yeni ali liderinin seçildiyi məlum olub. Bu posta fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı nəticəsində öldürülən ayətullah Əli Xameneinin oğlu Müctəba Xamenei seçilib. Ekspertlər Şurası onun namizədliyini yekdilliklə təsdiqləyib.

Beləliklə, Müctəba Xamenei Ruhullah Xomeyni və Əli Xameneidən sonra İranın üçüncü ali lideri olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv