Çempion kikboksçumuz Anar Məmmədov: “Döyüşöncəsi heç nə düşünmürəm, beynimi boş saxlayıram”

Çempion kikboksçumuz Anar Məmmədov: “Döyüşöncəsi heç nə düşünmürəm, beynimi boş saxlayıram”






presstv

"Presstv"az #Audi, #Avropa, #Azərbaycan, #Bakı, #Boks, #İdman, #Tailand, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“ONE Championship”də qalib olan azərbaycanlı kikboksçu Anar Məmmədov keçirdiyi döyüşlər və idman karyerası barədə Baku TV-yə danışıb.

İdmançı bildirib ki, bu sahəyə marağı 2010-cu ildə Bakıda keçirilən Avropa çempionatını televizorda izlədikdən sonra yaranıb:

“Televizorda döyüşləri görəndə çox xoşuma gəldi. Sonra yarışlara canlı baxmaq üçün arenaya getdim, məşqçimlə tanış oldum və məşqlərə başladım”.

Anar Məmmədov deyib ki, əvvəl yerli turnirlərdə çıxış edib, sonradan Azərbaycan, Avropa və dünya çempionatlarında uğurlar qazanıb:

“2014-cü ildə gənclər arasında dünya birinciliyinin qalibi oldum. 2021-ci ildə isə böyüklər arasında çempion olaraq Azərbaycanın 10-cu dünya çempionu adını qazandım”.

O, peşəkar arenalarda özünü sınamaq məqsədilə Tailanda yollanıb və Muay Thai idman növü üzrə döyüşlərdə iştirak edib. Məmmədov bildirib ki, hazırlıq prosesi çox çətin keçib:

“Tailandda 9 ay məşq keçdim. İlk döyüşüm çox ağır oldu, amma özümə inanırdım. Döyüşöncəsi heç nə düşünmürəm, beynimi boş saxlayıram və sakit qalmağa çalışıram”.

Anar Məmmədov məşq dövründə keçirdiyi çətin anlardan da danışıb:

“Tailanda ilk günlərimdə motosiklet qəzası keçirdim, körpücük sümüyümü sındırdım. Bir ay məşq edə bilmədim. Qayıtmaq istədim, amma dözdüm. Özümə söz verdim ki, qalib gələcəyəm. Sonda da bu səbrin qarşılığını gördüm”.

İdmançı vurğulayıb ki, məqsədi Azərbaycan bayrağını beynəlxalq arenalarda dalğalandırmaq və gənclərə örnək olmaqdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv