Misli Premyer Liqası: “Neftçi” səfərdə qələbə qazandı, Abubakar ilk qolunu vurdu

Misli Premyer Liqası: “Neftçi” səfərdə qələbə qazandı, Abubakar ilk qolunu vurdu






presstv

"Presstv"az #"Qarabağ", #Araz-Naxçıvan, #Audi, #Hakim, #İmişli, #Neftçi, #Premyer Liqası, #Qəbələ, #Şamaxı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Misli Premyer Liqasının IX turunda “Neftçi” “Qəbələ” üzərində qələbə qazanıb.

presstvaz xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan görüş paytaxt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

“Neftçi”nin heyətində İfeanyi Metyu (71-ci dəqiqə) və yeni transfer, kamerunlu hücumçu Vensan Abubakar (81-ci dəqiqə) fərqləniblər.

Qeyd edək ki, daha əvvəl “Turan Tovuz” “Karvan-Yevlax”ı (2:1), “İmişli” “Kəpəz”i (3:0), “Zirə” isə “Sumqayıt”ı (1:0) məğlub edib. “Araz-Naxçıvan” – “Sabah” matçı heç-heçə bitib – 2:2.

09:24

Misli Premyer Liqasında bu gün IX tura yekun vurulacaq.

presstvaz xəbər verir ki, turun son oyun günündə 2 görüş baş tutacaq.

“Qəbələ” evdə “Neftçi” ilə üz-üzə gələcək. Matç Qəbələ şəhər stadionunda, saat 16:00-da start götürəcək. “Qəbələ” hazırda 5 xalla 10-cu pillədə qərarlaşıb. 9 xala malik “Neftçi” isə 9-cu yerdədir.

Turun son matçında “Qarabağ” evdə “Şamaxı”nı qəbul edəcək. Görüş “Azərsun Arena”da saat 18:30-da başlayacaq. “Qarabağ” hazırda 16 xalla turnir cədvəlinin 2-ci pilləsindədir. 8-ci yerdə qərarlaşan “Şamaxı”nın isə 9 xalı var.

Misli Premyer Liqası

I dövrə, IX tur

26 oktyabr

16:00. “Qəbələ” – “Neftçi”

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Cəmil Quliyev, Vüqar Həsənli.

VAR: Elçin Məsiyev.

AVAR: Pərvin Talıbov.

Hakim-inspektor: Ceyhun Haşımov.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Qəbələ şəhər stadionu

18:30. “Qarabağ” – “Şamaxı”

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Emin Əliyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Elşad Abdullayev.

Hakim-inspektor: Vüsal Əliyev.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

“Azərsun Arena”

Qeyd edək ki, daha əvvəl “Turan Tovuz” “Karvan-Yevlax”ı (2:1), “İmişli” “Kəpəz”i (3:0), “Zirə” isə “Sumqayıt”ı (1:0) məğlub edib. “Araz-Naxçıvan” – “Sabah” matçı heç-heçə bitib – 2:2.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv