Münhendə Olimpiya Oyunlarına ev sahibliyi ilə bağlı referendum keçirilir

Münhendə Olimpiya Oyunlarına ev sahibliyi ilə bağlı referendum keçirilir






presstv

"Presstv"az #Almaniya, #Audi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Münhendə şəhərin 1972-ci ildən bəri ikinci dəfə Yay Olimpiya Oyunlarına, ardınca Paralimpiya Oyunlarına ev sahibliyi edib-etməməsi ilə bağlı referendum keçirilir.

presstvaz bu barədə DW nəşrinə istinadən xəbər verir.

Bildirilir ki, seçki məntəqələri bazar günü yerli vaxtla saat 08:00-da açılıb və saat 18:00-a qədər açıq qalacaq.

Bu, Almaniyanın Olimpiya Oyunlarına ev sahibliyi etməsi üçün ilk böyük sınaqdır. Münhen Almaniyanın dörd namizəd şəhərindən biridir. Münhendən savayı, Berlin, Hamburq və Köln ilə Düsseldorf kimi şəhərlərin yerləşdiyi Reyn-Rur bölgəsi yarışa qoşulub.

Məlumata görə, səsvermədə təxminən 1.1 milyon şəhər sakini iştirak edə bilər. Referendumun etibarlı olması üçün onların ən azı 10%-i iştirak etməlidir.

Münhen sakinləri aşağıdakı suala cavab verməlidirlər: “Siz Münhenin 2036, 2040 və ya 2044-cü illərdə Yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürməsinin tərəfdarısınızmı?”


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv