Rusiya məsafə məhdudiyyəti olmayan qanadlı raketini sınaqdan keçirib

Rusiya məsafə məhdudiyyəti olmayan qanadlı raketini sınaqdan keçirib






presstv

"Presstv"az #Audi, #Rusiya, #Vladimir Putin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Rusiya nüvə güc qurğusu ilə işləyən və məsafə məhdudiyyəti olmayan “Burevestnik” qanadlı raketini sınaqdan keçirib”.

presstvaz TASS-a istinadən xəbər verir ki, bunu Birləşmiş Qoşun Qruplaşmasının idarəetmə məntəqələrindən birinə gedən Rusiya Prezidenti Vladimir Putin deyib.

O, burada Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və komandanların iştirakı ilə ilə müşavirə keçirib.

Müşavirədə məruzə edən Gerasimovun sözlərinə görə, “Burevestnik”in sınaqdan keçirilməsi oktyabrın 21-də baş tutub:

“Sınağın fərqi ondan ibarətdir ki, uçuş çoxsaatlı olub. Raket 14 min kilometr məsafə qət edib və təxminən 15 saat havada qalıb. Raketin texniki xüsusiyyətləri onun istənilən məsafədə yüksək dərəcədə qorunan obyektlərə qarşı zəmanətli dəqiqliklə tətbiq edilməsinə imkan verir”.

Putin “Burevestnik”in sınağını şərh edərək əlavə edib ki, bu, dünyada heç kəsdə olmayan unikal məhsuldur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv