Türk dövlətlərini birləşdirən layihə: Azərbaycandan Avropaya “yaşıl enerji körpüsü”

Türk dövlətlərini birləşdirən layihə: Azərbaycandan Avropaya “yaşıl enerji körpüsü”






presstv

"Presstv"az #Audi, #Avropa, #Azərbaycan, #Bolqarıstan, #Gürcüstan, #İlham Əliyev, #Qara dəniz, #Türkiyə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Baku TV-nin “COP BAKU” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki buraxılışında Asiya və Avropanı coğrafi olaraq bir-birinə bağlayan Azərbaycanın həyata keçirdiyi enerji siyasətindən bəhs olunub.

Bildirilib ki, ölkəmiz ənənəvi enerjidən “yaşıl enerji”yə uğurlu keçidlə bu iki qitəni enerji baxımından birləşdirən əsas mərkəzə çevrilib.

Prezident İlham Əliyevin 2022-ci ildə Buxarestdə imzaladığı strateji tərəfdaşlıq sazişi bu istiqamətdə dönüş nöqtəsi oldu. Həmin saziş çərçivəsində Qara dənizin dibi ilə uzanacaq kabel xətti vasitəsilə Azərbaycanın “yaşıl enerji”si Avropaya ötürüləcək. Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bildirib ki, layihə artıq reallaşma mərhələsindədir və Türk dövlətlərinin də bu enerji xəttinə qoşulması planlaşdırılır. Eyni zamanda Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstanı birləşdirəcək ikinci enerji ixrac marşrutu üzərində iş aparılır. Şimali Kipr Türk Cümhuriyyətinin energetika naziri Olgun Amcaoğlu isə bu layihəni Türk dünyasının həm iqtisadi, həm də mənəvi birliyinin rəmzi adlandırıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv