“Valideynlərdən pul tələb edir, verməyəndə uşaq döyülür” – Bağça direktorundan ŞİKAYƏT

“Valideynlərdən pul tələb edir, verməyəndə uşaq döyülür” – Bağça direktorundan ŞİKAYƏT






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Bakı, #Körpə, #Təhsil, #Uşaq bağçası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı şəhəri Maştağa qəsəbəsinin Savalan yaşayış massivində 349 nömrəli körpələr evi-uşaq bağçasının direktoru Aytən Bektaşın rüşvət aldığı iddia edilib.

presstvaz bildirir ki, bu barədə Oxu.az-a sözügedən uşaq bağçasında qeydə alınan videogörüntülər daxil olub.

Şikayətçi bildirib ki, bağçanın direktoru Aytən Bektaş müəllimləri valideynlərdən pul almağa təhrik edir:

“Direktor dövlət bağçası olmasına baxmayaraq valideynlərdən pul tələb edir. Hansı valideyn pul vermirsə, uşağa fiziki şiddət göstərilir, çimdiklənir. Uşağın bədənində çimdik izləri, dodağı, burnu yara olur. Rəhbərlik isə yalandan uşaq yıxılıb deyir. Pul verən valideynlərin övladlarına isə heç nə edilmir”.

Məsələ ilə bağlı Bakı Şəhər üzrə Təhsil İdarəsindən presstvaz-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən bağçanın fəaliyyətinə dair yayılmış görüntülərlə bağlı araşdırma aparılacaq:

“Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Təhsil müəssisələrində aparılan monitorinqlər davamlı xarakter daşıyır və aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin edilir. Məktəbəqədər təhsil müəssisələrində uşaqların inkişafına xidmət edən öyrədici mühitin genişləndirilməsi, təlim-tərbiyə və idarəetmə işinin keyfiyyətinin yüksəldilməsi üçün sistemli islahatlar aparılmaqdadır”.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv