Putin Budapeşt sammitindən və yeni sanksiyalardan danışdı

Putin Budapeşt sammitindən və yeni sanksiyalardan danışdı






presstv

"Presstv"az #ABŞ, #Audi, #Jurnalistlər, #Rusiya, #Rusiyaya qarşı sanksiyalar, #Vaşinqton, #Vladimir Putin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“ABŞ Budapeştdə Rusiya ilə danışıqların keçirilməsi təşəbbüsü ilə çıxış edib”.

presstvaz xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Mən bu təşəbbüslə razılaşdım. Bununla əlaqədar dedim ki, belə görüşlərə gərək yaxşı hazırlaşasan. Mən və Tramp üçün bu görüşə asanlıqla yaxınlaşmaq və ondan gözlənilən nəticələr olmadan çıxmaq səhv olardı”, – deyə o vurğulayıb.

Bundan başqa, Putin ABŞ-nin Rusiyaya qarşı sanksiyalarını qeyri-dost addımı kimi qiymətləndirib. O hesab edir ki, sanksiyalar ABŞ ilə ikitərəfli münasibətləri heç bir şəkildə möhkəmləndirmir.

Kreml rəhbəri qeyd edib ki, ABŞ administrasiyası bu cür hərəkətləri ilə Moskva-Vaşinqton münasibətlərinə zərər vurur.

Putin bəyan edib ki, Rusiyaya qarşı yeni sanksiyalar ölkə iqtisadiyyatına əhəmiyyətli təsir göstərməyəcək:

“Bəli, onların bizim üçün müəyyən nəticələri olacaq, lakin ciddi təsir göstərməyəcək”.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv