Vüqar Bayramov: “Təhsil sektorunda gender yanaşmanın nəzərə alınmasına ehtiyac var”

Vüqar Bayramov: “Təhsil sektorunda gender yanaşmanın nəzərə alınmasına ehtiyac var”






presstv

"Presstv"az #Ailə, #Araşdırma, #Audi, #Azərbaycan, #Məcburi köçkün, #Milli Məclis, #Müharibə, #Təhsil, #Türkiyə, #Vüqar Bayramov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Hazırda ümumtəhsil müəssisələrində çalışan müəllimlərin sayı 146 mindən çoxdur. 74 mindən çox müəllim şəhərdə, 68 mindən çoxu isə kəndlərdə fəaliyyət göstərir. Müəllimlərin 120-dən çoxu qadın, 25 mindən bir az çoxu isə kişidir. Bu da ondan xəbər verir ki, təhsil sektorunda gender yanaşmanın nəzərə alınması və bu istiqamətdə təşviqin gücləndirilməsinə ehtiyac var”.

presstvaz xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.

O araşdırmalara toxunaraq bildirib ki, əsas səbəblərdən biri təhsil sferasında orta aylıq əməkhaqqının respublika üzrə orta aylıq əməkhaqqından nisbətən aşağı olması ilə bağlıdır:

“Nəzərə alsaq ki, inkişaf etmiş ölkələrdə, qardaş Türkiyədə təhsil sferasında orta aylıq əməkhaqqı digər sektorlarla müqayisədə, eləcə də ölkə üzrə orta aylıq əməkhaqqı ilə müqayisədə daha yüksəkdir. Sertifikasiya nəticəsində qiymətləndirmə orta aylıq əməkhaqqıya təsir göstərir. Gözlənilir ki, növbəti dövrlərdə orta aylıq əməkhaqqında artımlar müşahidə olunacaq. Sertifikasiyanın da təkmilləşdirilməsi məqsədəuyğun olardı. Hazırda tətbiq olunan qaydalara əsasən, 51 və daha çox bal toplamış müəllimlərin əməkhaqqında 35 faiz artım qeydə alınır. Eləcə də 30 və 51 arası bal toplamış müəllimlərin əməkhaqqında isə 10 faiz artım qeydə alınır. Bu o deməkdir ki, 60 baldan 50 bal toplamış müəllimin əməkhaqqı cəmi 10 faiz artır. 50 bal 84 faizə yaxın nəticə deməkdir. Beynəlxalq sistemlər göstərir ki, 80 faizdən yüksək bal yığmaq A kateqoriyasıdır. Bu baxımdan, daha yüksək əməkhaqqı artımına şamil edilməlidir. 80 faizdən yuxarı bal toplayan müəllimlərin əməkhaqqı 35 faiz artırılması məqsədəuyğun olardı”.

“Güzəştli kateqoriyaya keçmiş məcburi köçkünlərin əlavə edilməsini təklif edirəm. Onlar yenidən imtahana daxil olan zaman rüsum ödəməkdən azad olunsunlar”, – deyə deputat vurğulayıb.

Qeyd edək ki, müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak ilk dəfə müsabiqədə iştirak edənlər və bir sıra şəxslər istisna olmaqla digər şəxslər üçün ödənişli olacaq. Təqdim olunan dəyişikliklərə əsasən ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərə münasibətdə nəzərdə tutulmayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv