Finlandiya Ukrayna üçün ABŞ-dən 100 milyon avroluq silah alacaq

Finlandiya Ukrayna üçün ABŞ-dən 100 milyon avroluq silah alacaq






presstv

"Presstv"az #ABŞ, #Audi, #Donald Tramp, #Finlandiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Finlandiya hökuməti ABŞ-nin PURL proqramı çərçivəsində Ukrayna üçün 100 milyon avro dəyərində silah alınmasını təsdiqləyib.

presstvaz-ın “Helsingin Sanomat” qəzetinə istinadən xəbərinə görə, bu barədə ölkənin Baş naziri Petteri Orpo məlumat verib.

Məlumata görə, silah alışı Finlandiya hökumətinin borc aldığı vəsait hesabına maliyyələşdiriləcək. Hökumətin dövlət borcunu ödəmək üçün xərcləri azaltmaq istəyinə baxmayaraq, baş nazir qeyd edib ki, xərclərin növbəti dəfə azaldılması gözlənilmir.

“Dövlət borcunun artacağına baxmayaraq, seçim edilib. Ukraynada vəziyyət kritik olaraq qalır. Biz onlara kömək etməliyik. Bütün Skandinaviya və Baltikyanı ölkələr fəal iştirak etdiyi bir halda biz kənarda qala bilmərik”, – deyə Petteri Orpo bildirib.

Qeyd edək ki, PURL proqramı iyulun 14-də ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rutte tərəfindən işə salınıb. Bu mexanizmə əsasən, alyans müttəfiqləri ABŞ-nin ehtiyatlarından Ukrayna üçün silah alırlar. Finlandiya bu təşəbbüsə qoşulduğunu oktyabr ayında elan edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv