Növbəti köç karvanı Daşbulaq kəndinə çatıb, açarlar təqdim olunub

Növbəti köç karvanı Daşbulaq kəndinə çatıb, açarlar təqdim olunub






presstv

"Presstv"az #Ailə, #Audi, #Azərbaycan, #Məcburi köçkün, #Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, #Xankəndi şəhəri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xocalının Daşbulaq kəndinə növbəti köç karvanı yola salınıb.

presstvaz “Report”a istinadən xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir ki, sözügedən köç karvanı artıq kəndə çatıb.

Ailələrə evlərinin açarları təqdim olunub.

Açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Bu mərhələdə Daşbulaq kəndinə 24 nəfərdən ibarət 8 ailənin daimi qayıdışı təmin edilib.

Bununla da Daşbulaq kəndinə qayıdan ailələrin sayı 21 ailə (91 nəfər) təşkil edib.

Qeyd edək ki, bu gün Xocalının Seyidbəyli kəndinə də 18 ailə (61 nəfər) köçürülüb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv