Müştərilərə bazarda “yaş” adı ilə suya salınmış qoz satılır?

Müştərilərə bazarda “yaş” adı ilə suya salınmış qoz satılır?






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Azad İstehlakçılar Birliyi, #Eyyub Hüseynov, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Masazır kəndində yerləşən marketlərdən birində alıcılar iddia edirlər ki, çəkisi ağır gəlsin deyə qozlar əvvəlcədən suya salınaraq satışa çıxarılır.

Baku TV məsələni araşdırmaq üçün sözügedən marketə üz tutub. Marketin məsul şəxsi iddiaları təkzib edərək bildirib ki, qozlar suya salınmır, satışa bu şəkildə gəlir.

Satıcıların sözlərinə görə, yaş qozla suya salınmış qozu ayırd etməyin sadə üsulları var.

Belə ki, suya salınmış qozun qabığı parlaq olur və bir müddət sonra kənarları göyərir.

“Qozun üstündəki yaşıl qabığı çıxartmaq üçün zavodda üzərinə su vurulur. Rayondan bura gətirilənə qədər qoz quruyur, amma bəzi satıcılar qozu axşamdan suda saxlayırlar. Bu zaman su qozun içinə dolur və çəkisi artır. Belə qoz daha yumşaq və dadlı olur. Alıcılar da ən çox buna üstünlük verirlər. Amma suda saxlanılan qozlar orqanizm üçün zərərlidir”, – deyə satıcılardan biri qeyd edib.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirib ki, yaş qozlar təxminən bir ay əvvəl bazarlarda satışa çıxarılıb və əksəriyyəti xaricdən gətirilir:

“Bu qozlar çəkisinin ağır gəlməsi üçün suya salınır. Quru qozla müqayisədə təxminən 50 faiz daha ağır olur. Əhali bu növü üstün tutur. Lakin düzgün şəraitdə saxlanılmadıqda, bu qozlar kiflənərək mədə-bağırsaq problemlərinə səbəb ola bilər”.

Mütəxəssislər isə xəbərdarlıq edirlər ki, əsl yaş qozun içi qabığından fərqli olaraq quru olur. Buna görə də alıcılar məhsulu alarkən diqqətli olmalıdırlar.

Daha ətraflı videomaterialda:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv