Bakıda məşhur stadion əsaslı təmirə bağlandı

Bakıda məşhur stadion əsaslı təmirə bağlandı






presstv

"Presstv"az #Araz-Naxçıvan, #Audi, #Bakı, #Futbol, #Liv Bona Dea Arena, #Premyer Liqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun ev oyunlarını keçirdiyi “Liv Bona Dea Arena” stadionu noyabrın 30-dək əsaslı təmirə bağlanıb. Bununla əlaqədar olaraq, Peşəkar Futbol Liqasının (PFL) Premyer Liqanın təqvimində dəyişikliklər etməsi zərurəti yaranıb.

presstvaz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.

Bildirilib ki, əsasnamənin tələblərinə uyğun olaraq, PFL tərəfindən “Araz-Naxçıvan” klubundan alternativ stadion təqdim etməsi tələb olunub və paralel şəkildə ölkə stadionlarının ümumi durumu analiz edilib. Rəqiblərə eyni şərtlərin təmin olunması məqsədilə klubun ev oyunlarını keçirdiyi Bakı və ətraf ərazilərdə yerləşən stadionlar nəzərdən keçirilib.

Aparılmış qiymətləndirmə nəticəsində “Bank Respublika Arena” və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu ən uyğun variantlar kimi müəyyənləşdirilib. Yerli və beynəlxalq oyunların qrafiki nəzərə alınmaqla, Misli Premyer Liqasının IX turunun “Araz-Naxçıvan” – “Sabah” oyunu “Bank Respublika Arena”da, XI turun “Araz-Naxçıvan” – “Karvan-Yevlax” və XII turunun “Araz-Naxçıvan” – “Turan Tovuz” oyunları isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Qeyd edək ki, oyunların tarix və başlama vaxtlarında dəyişiklik yoxdur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv