Bakıda övladı məktəbdə döyülən ata CƏRİMƏLƏNDİ

Bakıda övladı məktəbdə döyülən ata CƏRİMƏLƏNDİ






presstv

"Presstv"az #Audi, #Bakı, #Hadisə, #İnzibati Xətalar Məcəlləsi, #Xəzər Rayon Məhkəməsi, #Xəzər rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda qadın dönərxanada döyülüb.

presstvaz Lent.az-a istinadla xəbər verir ki, hadisə Xəzər rayonunun Zirə qəsəbəsində qeydə alınıb.

Məlumata görə, qəsəbədə dönərçi işləyən təqsirləndirilən şəxs, 34 yaşlı Məzahir İsmayılovun (adı və soyadı şərtidir) övladı oxuduğu məktəbdə sinif yoldaşı tərəfindən döyülüb. Məzahirin sözlərinə görə, hadisə zamanı övladına bədən xəsarəti yetirilib:

“Bu hadisə ilə əlaqədar müəlliməyə şikayət etdim. Dedi ki, həmin şagirdin ata-anası yoxdur. Həmin vaxt gördüm o uşağı bir taksi sürücüsü aparır. Sürücüyə dedim ki, uşağı təhvil verəndə valideyninə desin ki, övladına tərbiyə versin”.

Axşam saatlarında bir qadın Məzahirin işlədiyi dönərxanaya gələrək, onu axtarıb. Sonra isə üstünə hücum çəkərək, köynəyini cırıb. Bu zaman içkili olan Məzahir də qadını itələyərək, onu təhqir edib.

Bu əməlinə görə Məzahir İsmayılov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib olunub.

Xəzər Rayon Məhkəməsinin qərarı ilə o, 50 manat məbləğində inzibati qaydada cərimələnib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv