Limada fövqəladə vəziyyət elan edilib

Limada fövqəladə vəziyyət elan edilib






presstv

"Presstv"az #Hakim, #Peru

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Perunun paytaxtı Limada və qonşu Kallao əyalətində fövqəladə vəziyyət rejimi tətbiq edilib.

presstvaz xəbər verir ki, bunu Peru Prezidenti Xose Xeri elan edib. O bildirib ki, rejim oktyabrın 22-dən qüvvəyə minir və cinayətkarlığın artmasına qarşı mübarizə tədbiri kimi 30 gün davam edəcək.

Fövqəladə vəziyyət rejimi Nazirlər Şurası tərəfindən təsdiq edilib. İctimai asayişin qorunmasına polislə yanaşı silahlı qüvvələr də cəlb edilib. Prezident bildirib ki, bu tədbir milyonlarla Peru vətəndaşı üçün sülhü, əmin-amanlığı, onların dövlətə etimadını bərpa etməyə imkan verəcək.

Xatırladaq ki, Peru hakimiyyəti fövqəladə vəziyyət tətbiq etmək niyyətini hələ oktyabrın 17-də açıqlamışdı. Bu, Konqres binası qarşısında baş vermiş kütləvi etirazlardan sonra baş vermişdi. Etirazlar zamanı nümayişçilərdən biri güllələnərək öldürülmüş, 34 sakin xəsarət almış, həmçinin 80 polis əməkdaşı yaralanmışdı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv