Ölkəyə İrandan külli miqdarda narkotik gətirən TIR sürücüsü saxlanıldı

Ölkəyə İrandan külli miqdarda narkotik gətirən TIR sürücüsü saxlanıldı






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Avto, #Bakı, #Biləsuvar, #İran, #Qaçaqmalçılıq, #Qaradağ rayonu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

7 kiloqram 930 qram narkotik vasitə və 6000 ədəd psixotrop tərkibli həbin Bakı şəhəri ərazisində satışının qarşısı alınıb.

presstvaz xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qaradağ rayonu ərazisində keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən, ölkələrarası yükdaşıma fəaliyyəti ilə məşğul olan 35 yaşlı Məhəmməd Quliyev saxlanılıb.

“Onun magistral yolun kənarında gizlətdiyi yerdən tərkibinə psixotrop maddələr əlavə edilmiş 5 kiloqram 670 qram marixuana və 4000 ədəd metadon həbi aşkarlanıb. Həmçinin, M.Quliyevin idarə etdiyi “Mercedes” markalı iri tutumlu yük avtomobilinin salon hissəsində xüsusi hazırlanmış gizli saxlanc yerindən əlavə 2 kiloqram 260 qram marixuana və 2000 ədəd metadon həbi tapılaraq götürülüb.

Araşdırmalarla müəyyən edilib ki, M.Quliyev aşkar olunmuş narkotik vasitələri İran İslam Respublikasının Aslandüz şəhəri ərazisində “İkram” kimi təqdim olunan şəxsdən əldə edərək Biləsuvar rayonu istiqamətindən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirib.

Törətdiyi cinayət əməllərinə görə həbs olunan M.Quliyevin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir”, – deyə məlumatda qeyd edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv