Azərbaycanda illik inflyasiya 5,7 faiz olub

Azərbaycanda illik inflyasiya 5,7 faiz olub






presstv

"Presstv"az #Alkoqollu içkilər, #Beynəlxalq Valyuta Fondu, #Qida məhsulları, #Qiymət artımı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Hazırda illik inflyasiya Mərkəzi Bankın proqnozlaşdırdığı trayektoriyaya yaxın hərəkət edir. 2025-ci ilin sentyabrında 12 aylıq inflyasiya 5.7% səviyyəsində olub.

presstvaz AMB-yə istinadən xəbər verir ki, illik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7.9%, ödənişli xidmətlər üzrə 5.3%, qeyri-qida məhsulları üzrə isə 2.4% təşkil edib.

Eyni dövrdə illik baza inflyasiya 4.9% səviyyəsində qeydə alınıb.

Mərkəzi Bank bildirir ki, beynəlxalq mühitdə qeyri-müəyyənliklər hələ də qalır və bu, qlobal əmtəə qiymətlərində dalğalanmalara səbəb olur.

Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, 2025-ci ilin sentyabrında əmtəə qiymətləri indeksi illik 3.3% artıb, ərzaq və içki qiymətləri indeksi isə 2.6% azalıb.

BVF oktyabrda 2025-ci il üzrə qlobal inflyasiya proqnozunu dəyişməz saxlayıb – 4.2%, 2026-cı ilə dair proqnozunu isə cüzi artıraraq 3.7% səviyyəsində müəyyən edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv