“Google” şirkətinin ofisində taxtabiti təşvişi: İşçilər uzaqlaşdırıldılar

“Google” şirkətinin ofisində taxtabiti təşvişi: İşçilər uzaqlaşdırıldılar






presstv

"Presstv"az #Audi, #Google, #Nyu-York

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Google” şirkətinin Nyu-York ofisinin əməkdaşları mümkün taxtabiti hücumu səbəbindən müvəqqəti olaraq məsafədən iş rejiminə keçiblər.

presstvaz bildirir ki, bu barədə “İndependent” nəşri məlumat verib.

Məlumata görə, şirkətin ekologiya, sağlamlığın mühafizəsi və təhlükəsizlik şöbəsinin məktubunda bildirilib ki, dezinfektorlar və xüsusi təlim keçmiş it böcəklərin mövcudluğuna dair inandırıcı əlamətlər aşkar edib.

Yoluxmanın Çelsi rayonunda yerləşən kampusdakı böyük yumşaq oyuncaqlardan qaynaqlandığı ehtimal edilir. Lakin hələ ki bununla bağlı rəsmi təsdiq yoxdur.

Məktubda işçilərdən xahiş edilib ki, binalar təmizlənib qurtarmayana qədər ofisə gəlməsinlər. Buna baxmayaraq, bəzi əməkdaşlar yenə də işə çıxıblar.

“Google” həmçinin ehtiyat tədbiri olaraq Nyu-Yorkun digər ərazilərində də əlavə yoxlamalara başlayıb. İşçilərdən həm ofisdə, həm də evdə istənilən dişləmə və ya taxtabiti əlamətləri barədə məlumat vermələri, lazım gələrsə, peşəkar dezinsektorlara müraciət etmələri xahiş edilib.

Mütəxəssislər qeyd edirlər ki, yataq taxtabitilərini məhv etmək olduqca çətindir. Böcəklər sürətlə çoxalır və adi insektisidlərə qarşı dayanıqlıdırlar. Onlar geyim, baqaj və şəxsi əşyalar vasitəsilə yayıla bilərlər ki, bu da hətta təmizlənmədən sonra belə təkrar infeksiya riskini artırır.

Qeyd edək ki, “Google” ofislərində oxşar insident 2010-cu ildə də baş vermişdi. O zaman Doqquzuncu avenyu küçəsindəki binada taxtabitiləri aşkarlanmışdı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv