Suriyanın yenidən qurulmasına nə qədər vəsait lazımdır? – Fantastik rəqəm

Suriyanın yenidən qurulmasına nə qədər vəsait lazımdır? – Fantastik rəqəm






presstv

"Presstv"az #Audi, #Dəməşq, #Dollar, #Dünya Bankı, #Müharibə, #Münaqişə, #Suriya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dünya Bankı illərlə davam edən vətəndaş müharibəsindən sonra Suriyanın tam şəkildə yenidən qurulmasının dəyərini 216 milyard dollar qiymətləndirir.

presstvaz xəbər verir ki , bu barədə “abc news” Dünya Bankının hesabatına istinadən məlumat yayıb.

Sənəd 2011-ci ildən 2024-cü ilə qədər toplanmış məlumatlara əsaslanır.

Qeyd edilir ki, münaqişə Suriyanın müharibədən əvvəlki kapitalının təxminən üçdə birinə ziyan vurub, infrastruktura, yaşayış və qeyri-yaşayış binalarına birbaşa fiziki ziyan 108 milyard dollar dəyərində qiymətləndirilir.

Ən çox zərər çəkmiş sektor isə ümumi zərərin 48 faizini təşkil edən və 52 milyard dollara bərabər olan infrastruktur olub.

İtirilmiş və zədələnmiş aktivlərin ümumi dəyərinin 140 milyard dollardan 345 milyard dollara qədər olduğu təxmin edilir və 216 milyard dollar “ən konservativ qiymətləndirmə” kimi təsvir edilir.

Ən böyük zərər Hələb vilayətinə və Dəməşqin ətrafındakı kəndlərə, münaqişənin ilk illərində ən şiddətli döyüşlərin getdiyi bölgələrə dəyib.

Dünya Bankının məlumatına görə, təxmini yenidənqurma xərcləri Suriyanın 2024-cü ildəki ÜDM-dən on dəfə çoxdur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv