Bu əlamətlər sizdə varsa, həkimə müraciət edin

Bu əlamətlər sizdə varsa, həkimə müraciət edin






presstv

"Presstv"az #Həkim, #Sağlam qidalanma, #Stres

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Miqren adətən bir tərəfli, döyücü və ya şiddətli ağrı ilə müşayiət olunan xroniki nevroloji bir xəstəlikdir. Bu ağrıya tez-tez ürək bulanması, qusma, işığa və səsə qarşı həssaslıq da qoşulur.

presstvaz xəbər verir ki, mütəxəssislər bildirirlər ki, miqren tutması zamanı ilk növbədə sakit və qaranlıq bir yerə çəkilmək lazımdır. Parlaq işıqlar və yüksək səslər miqren ağrısını daha da artırır. Ağrı başladıqda mümkün qədər sakit, sərin və qaranlıq bir məkanda dincəlmək simptomları yüngülləşdirə bilər. Əgər həkim tərəfindən təyin olunmuş dərman varsa, onu tutmanın ilk əlamətləri görünən kimi qəbul etmək lazımdır, çünki vaxtında qəbul olunmayan dərmanların təsiri zəifləyə bilər. Alına və ya ense nahiyəsinə qoyulan soyuq kompres də damarların daralmasına və ağrının azalmasına kömək edə bilər. Stress də miqreni gücləndirə bildiyi üçün nəfəs məşqləri, sadə relaksasiya və gözləri yumaraq sakit dayanmaq da faydalıdır. Miqrenin səbəblərindən biri də bədənin susuz qalmasıdır, buna görə də təmiz su içmək vacibdir. Əgər tutmalar tez-tez baş verirsə, uzun müddət davam edirsə, dərmanlar kömək etmirsə və ya əvvəllər müşahidə olunmayan yeni simptomlar ortaya çıxırsa, mütləq həkimə müraciət edilməlidir.

Həkimlər hesab edir ki, miqrenlə mübarizədə yalnız müalicə deyil, həm də profilaktik tədbirlər yuxu rejiminə əməl etmək, sağlam qidalanmaq, stressdən uzaq durmaq və fiziki aktiv olmaq böyük rol oynayır. Miqrenlə düzgün mübarizə həyat keyfiyyətini qorumağa kömək edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv