“Qərbi Azərbaycan: Tarixin izi ilə” layihəsi çərçivəsində məlumatlandırıcı sessiya keçirilib

“Qərbi Azərbaycan: Tarixin izi ilə” layihəsi çərçivəsində məlumatlandırıcı sessiya keçirilib






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Bakı Dövlət Universiteti (BDU), #Bakı Dövlət Universitetini, #Hadisə, #Milli Məclis, #Müharibə, #Qərbi Azərbaycan İcması (QAİ), #Qərbi Azərbaycana qayıdış, #Şahin İsmayılov, #Vətən müharibəsi, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu gün Qərbi Azərbaycan İcması (QAİ), Bakı Dövlət Universiteti (BDU) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan: Tarixin izi ilə” layihəsi çərçivəsində Bakı Dövlət Universitetində məlumatlandırıcı sessiya keçirilib.

presstvaz xəbər verir ki, görüş iştirakçılarını salamlayan Bakı Dövlət Universitetinin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev belə tədbirlərin gənclərdə vətənpərvərlik hisslərinin möhkəmlənməsində və milli tarixə marağın artırılmasında vacib rol oynadığını vurğulayıb.

Layihənin rəhbəri, “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı, Vətən müharibəsi iştirakçısı və Hərbi Qənimətlər Parkının meneceri Orucəli Abbaszadə çıxışında Qərbi Azərbaycandan olan soydaşlarımızın tarixi torpaqlarından zorla köçürülməsinin xalqımızın yaddaşında dərin izlər buraxdığını, bu kimi layihələrin gənclərə həmin hadisələrin mahiyyətini çatdırmaq və tarixi ədalətin bərpası istiqamətində ictimai şüurun formalaşmasına xidmət etdiyini bildirib.

Milli Məclisin Gənclər və idman komitəsinin və QAİ-nin Gənclər Şurasının sədri Şahin İsmayılov gənclərin tarixi yaddaşın qorunması, Qayıdış Konsepsiyasının təbliği və Qərbi Azərbaycan həqiqətlərinin ictimaiyyətə çatdırılması istiqamətində üzərilərinə düşən vəzifələrdən bəhs edib.

QAİ İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi-təşkilati şöbəsinin müdiri, professor və filologiya elmləri doktoru İbrahim Bayramov Qərbi Azərbaycana Qayıdış Konsepsiyası barədə ətraflı məlumat verərək mövzunun aktuallığını, tarixi və sosial əhəmiyyətini iştirakçılara çatdırıb.

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının dosenti Aydın Məmmədov tədbirdə Qərbi Azərbaycanın tarixi və etnoqrafiyası haqqında ətraflı məlumat verib.

Daha sonra QAİ əməkdaşı İlahə Cəfərova icma ilə bağlı hazırlanmış təqdimatı nümayiş etdirib.

Sual-cavab formatında işini davam etdirən görüşdə iştirakçılar Qərbi Azərbaycanla bağlı tarixi faktlar, hüquqi məsələlər, gələcək planlar barədə müzakirələr aparıb, gəncləri maraqlandıran suallar cavablandırılıb.\oxu.az/

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv