Dövlət qurumlarında iş vədi ilə pul alan “polkovnik-leytenant”a hökm oxundu

Dövlət qurumlarında iş vədi ilə pul alan “polkovnik-leytenant”a hökm oxundu






presstv

"Presstv"az #Audi, #Bakı, #Cinayət işi, #İdman, #Suraxanı rayonu, #Təcili Tibbi Yardım, #Təhsil, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda bir neçə şəxsin etimadından sui-istifadə edərək, müxtəlif dövlət qurumlarında işə düzəltmək vədi ilə onlardan külli miqdarda pul alan şəxsə hökm oxunub.

presstvaz “Qaynarinfo”ya istinadla xəbər verir ki, 1963-cü il təvəllüdlü Hicran Hüseyn oğlu Şeyxovun barəsində Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İstintaqla müəyyən edilib ki, Hicran Şeyxov özünü Müdafiə Nazirliyində polkovnik-leytenant rütbəsi ilə təqaüdə çıxmış zabit kimi təqdim edib. O, bir sıra şəxsləri dövlət qurumlarında vəzifəyə və ya ali məktəblərə tələbə kimi yerləşdirəcəyinə inandıraraq, onların külli miqdarda vəsaitini ələ keçirib.

Hicran Şeyxov zərərçəkənlərə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, həmçinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yüksək vəzifələrdə çalışan şəxslərlə yaxın əlaqələri olduğunu deyib. O, bir neçə nəfərdən hər birindən 10 min manat alaraq, onları Təcili Tibbi Yardım xidmətinə sürücü kimi düzəldəcəyinə söz verib.

Bundan başqa, o, 2022-ci ildə Bakı Xoreoqrafiya Akademiyasına və İdman Akademiyasına tələbə qəbuluna kömək edəcəyinə dair də vədlər verərək, müxtəlif şəxslərdən pul alıb.

Eyni zamanda, Şeyxov V.F. adlı qadına Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən Mədəniyyət Evinə direktor vəzifəsinə təyin ediləcəyini vəd edib və ondan 5 min manat alaraq mənimsəyib.

Məhkəmənin hökmü ilə Hicran Şeyxov 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Cəzaçəkmənin başlanma tarixi 20 fevral 2024-cü il müəyyən edilib.

Dövlət qurumlarında iş vədi ilə pul alan polkovnik-leytenanta hökm oxundu


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv