“Euronews”: “Azərbaycan Vatikanla əlaqələri gücləndirir”

“Euronews”: “Azərbaycan Vatikanla əlaqələri gücləndirir”






presstv

"Presstv"az #Audi, #Avropa, #Azərbaycan, #Bakı, #Heydər Əliyev, #Heydər Əliyev Fondu, #Həkim, #Mehriban Əliyeva, #Roma Papası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Euronews” telekanalı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikana səfəri ilə bağlı reportaj hazırlayıb.

presstvaz xəbər verir ki, məqalədə Mehriban Əliyevanın səfərinin Azərbaycan ilə Vatikan arasında ikitərəfli əlaqələrin inkişafında mühüm addım olduğu qeyd edilir.

Vurğulanır ki, Vatikan rəsmiləri Azərbaycanın dünya irsinin qorunub saxlanmasında və dinlərarası dialoqun gücləndirilməsində oynadığı rolu yüksək qiymətləndiriblər. Xüsusilə, Azərbaycan Vatikanda tarixi katakombaların bərpasını, həmçinin Bakıda yeni katolik kilsəsinin tikintisini dəstəkləyir.

Məqalədə bildirilir ki, Azərbaycanın Birinci vitse-prezidenti IV əsrə aid qədim xristian kompleksi olan Komodilla katakombalarının bərpası layihəsinin açılışında iştirak edib. Restavrasiya Heydər Əliyev Fondu tərəfindən 2021-ci il martın 4-də Papanın Müqəddəs Arxeologiya üzrə Komissiyası ilə imzalanmış müqaviləyə əsasən dəstəklənib.

“Euronews” qeyd edir ki, Mehriban Əliyeva səfəri zamanı Roma Papası XIV Leo ilə görüşüb və o, Azərbaycanla dinlərarası dialoqun vacibliyini vurğulayıb. Mehriban Əliyeva həmçinin Vatikan Dövlətinin baş katibi Raffaella Petrini ilə də görüşüb. Dostluq və ortaq mədəni irs əlaməti olaraq simvolik nar ağacı əkilib.

Bundan başqa, Birinci vitse-prezident Avropanın ən böyük uşaq tədqiqat mərkəzi olan “Bambino Gesu” Xəstəxanasında olub, burada azərbaycanlı həkimlərə genetik və nadir xəstəliklərin tədqiqi üzrə italiyalı həmkarları ilə əməkdaşlıq etmək imkanı verən yeni əməkdaşlıq müqaviləsi imzalanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv