“DiVi Corporation”ın 20-ci tərəfdaş konfransı uğurla keçirilib

“DiVi Corporation”ın 20-ci tərəfdaş konfransı uğurla keçirilib






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Cənubi Qafqaz, #Hadisə, #Lenovo

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanın İT sənayesinin aparıcı iştirakçılarından biri olan “DiVi” şirkəti illərdir təşkil etdiyi “Divi Partner Conference” 20 illik yubileyini qeyd edib. Bakıda keçirilən tədbir şirkətin qlobal tərəfdaşlarını, aparıcı istehsalçı nümayəndələrini və sənaye ekspertlərini bir araya gətirərək, “DiVi”nin Cənubi Qafqaz texnologiya bazarının ən güclü oyunçularından biri olduğunu bir daha təsdiqləyib.

“DiVi” şirkətinin tarixi 1991-ci ildə “Devi” adı ilə başlayıb. Həmin dövrdə şirkət kompüterlərin proqramlaşdırılması və təmiri ilə məşğul olub. 1995-ci ildə rebrendinq həyata keçirildikdən sonra “DiVi” adı altında fəaliyyətini distribusiya istiqamətində davam etdirərək dünyanın tanınmış texnologiya istehsalçıları ilə əməkdaşlığa başlayıb. Şirkətin baş direktoru Emin Quliyev bildirib ki, bu illər ərzində “DiVi” yalnız məhsul təchizatçısı kimi deyil, həm də regionun İT infrastrukturunun inkişafına töhfə verən innovasiya mərkəzi kimi formalaşıb.

“Bizim məqsədimiz bizneslərin daha səmərəli və dayanıqlı işləməsinə kömək edən texnoloji həllər təqdim etməkdir,” – deyə o qeyd edib.

Bu gün “DiVi”nin distribusiya portfelinə “Canon”, “Epson”, HPE, “Kingston”, “Lenovo”, “Motorola”, “Smart” və digər 30-dan artıq beynəlxalq brend daxildir. Şirkətin brendləri bazarın aktual texnoloji tələblərinə uyğun şəkildə seçilir və müştərilərə çevik, etibarlı həllər təqdim olunur. Xüsusilə “Lenovo” ilə uzunmüddətli əməkdaşlıq “DiVi”nin korporativ seqmentdə güclü mövqeyini daha da möhkəmləndirib.

“DiVi”nin strateji inkişaf istiqamətlərindən biri server və İT infrastruktur həlləridir. Şirkət “Hewlett-Packard Enterprise”, “Lenovo”, “Nutanix” və “A10 Networks” kimi istehsalçıların rəsmi distribütorudur və banklar, telekommunikasiya operatorları, eləcə də data-mərkəzlər üçün çevik, təhlükəsiz və miqyaslanabilən sistemlər təqdim edir. Emin Quliyev qeyd edib ki, bu sahə üzrə təqdim edilən həllər regionun texnoloji inkişafında mühüm rol oynayır.

Şirkətin əsas nailiyyətlərindən biri “Canon”un “Platinum Partner” statusuna sahib olmasıdır. Bu, Cənubi Qafqazda yeganə bu səviyyədə tərəfdaşlıqdır və “DiVi” komandasının peşəkarlığını, xidmət keyfiyyətini və texnoloji biliklərini təsdiqləyir. Bu status sayəsində “DiVi” “Canon” avadanlıqları üzrə genişləndirilmiş həllər və eksklüziv dəstək təqdim edir.

“DiVi” tərəfdaşlıq portfelini daim genişləndirir. Şirkət yaxın zamanda “Barco ClickShare” və “Red Square” brendləri ilə yeni əməkdaşlıqlar imzalayıb ki, bu da “DiVi”nin AV həllər və korporativ təqdimat sistemləri seqmentindəki mövqelərini gücləndirəcək.

“Biz daim yeniliklərə açığıq və regionda innovasiyaları ilk tətbiq edən şirkət olmağa çalışırıq”, – deyə şirkət rəhbəri vurğulayıb.

“DiVi”nin üstünlüklərindən biri sertifikatlaşdırılmış servis və texniki dəstək mərkəzidir. Burada aparıcı istehsalçıların təlim keçdiyi mütəxəssislər çalışır. Şirkət müştərilərə avadanlığın quraşdırılması, sazlanması, zəmanətli və zəmanətsonrası xidmət daxil olmaqla tam texniki dəstək təqdim edir.

“Bizim yanaşmamız sadədir: məhsulu satmaqla iş bitmir, biz müştərini hər mərhələdə müşayiət edirik”, – deyə Emin Quliyev bildirib.

Yubiley tədbiri həm simvolik, həm də peşəkar baxımdan əlamətdar hadisə kimi yadda qaldı. Gün ərzində tərəfdaş təqdimatları, təlim sessiyaları və fikir mübadiləsi təşkil olundu, proqram isə qala gecəsi ilə başa çatdı. Bu format iştirakçılara qeyri-rəsmi mühitdə yeni əlaqələr qurmaq və gələcək əməkdaşlıqlar barədə müzakirələr aparmaq imkanı yaratdı.

“Bu tədbir təkcə yubiley deyil, həm də yeni ideyaların və tərəfdaşlıqların formalaşdığı platformadır”, – deyə “DiVi” rəhbəri qeyd edib.

Konfransın yekununda Emin Quliyev vurğulayıb ki, “DiVi”nin əsas məqsədi innovasiyaları regiona ilk gətirən şirkət olaraq inkişafını davam etdirməkdir:

“Biz portfelimizi genişləndirir, əməkdaşlarımızın biliklərini artırır və yeni bazarlara çıxış istiqamətində fəal addımlar atırıq. Ən böyük dəyərimiz – tərəfdaşlarımızın etimadı və müştərilərimiz üçün yaratdığımız səmərəli həllərdir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv