Sanae Takaiçi Yaponiya tarixində ilk qadın baş nazir oldu

Sanae Takaiçi Yaponiya tarixində ilk qadın baş nazir oldu






presstv

"Presstv"az #Audi, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yaponiya parlamentinin aşağı palatasının deputatları oktyabrın 21-də Yaponiya Liberal Demokratik Partiyasının (LDP) sədri Sanae Takaiçini səs çoxluğu ilə ölkənin 104-cü baş naziri seçiblər. Bununla da Takaiçi Yaponiya tarixində ilk qadın baş nazir olub.

presstvaz TASS agentliyinə istinadla xəbər verir ki, parlamentdə təmsil olunmuş 465 deputatdan 237-si Takaiçiyə səs verib. Onun əsas rəqibi – Konstitusiyalı Demokratik Partiyanın lideri Yosihiko Noda 149 səs toplayıb.

Parlamentdə səs çoxluğuna malik olmayan LDP səsvermədən bir gün əvvəl mühafizəkar Yaponiya Yenilənmə Cəmiyyəti Partiyası ilə ittifaq bağlaya bilib. Bu koalisiya Takaiçinin baş nazir seçilməsində həlledici rol oynayıb.

Sanae Takaiçi Yaponiya tarixində ilk qadın baş nazir oldu


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv