Aİ komissarı: “Cənubi Qafqazda sülh ticarət yollarının bərpasına imkan verəcək”

Aİ komissarı: “Cənubi Qafqazda sülh ticarət yollarının bərpasına imkan verəcək”






presstv

"Presstv"az #Audi, #Avropa, #Azərbaycan, #Cənubi Qafqaz, #Çin, #Ermənistan, #Nəqliyyat, #Yalçın Rəfiyev

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan və Ermənistan arasında sülh prosesinin nizamlanmasında irəliləyiş regionun siyasi-iqtisadi mənzərəsini dəyişməyə imkan verəcək.

presstvaz xəbər verir ki, bu barədə “Report”a Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos bildirib.

Bir müddət əvvəl regional səfərdən qayıtmış komissarın sözlərinə görə, onilliklər boyu ilk dəfədir ki, region Avropanı və Asiyanı birləşdirən ticarət və nəqliyyat yollarını açmaq üçün real imkan əldə edir.

“Avropadan Çin sərhədlərinə qədər ölkələr bu anın əhəmiyyətini dərk edirlər. Bu gün onların hamısı burada, Lüksemburqda toplaşıblar. Bu, ilk dəfə baş verir”, – deyə M.Kos vurğulayıb.

Qeyd edək ki, bu gün Lüksemburqda nazirlərin regional təhlükəsizlik və regionlararası əlaqəlilik məsələləri üzrə görüşü keçirilir, toplantıda Azərbaycanı xarici işlər nazirinin müavini Yalçın Rəfiyev təmsil edir.

Komissar qeyd edib ki, Aİ dövlətləri daha çox fəaliyyət azadlığı və ticarət imkanları, enerji mənbələrini və rəqəmsal məlumatların ötürülməsi üsullarını seçmək üçün yeni bir qarşılıqlı əlaqə infrastrukturu yaratmaq niyyətindədirlər:

“Bu, sözügedən marşrutda olan hər kəs üçün daha çox müstəqillik deməkdir. Bizim işimiz sülhə töhfədir. Konkret əməkdaşlıq, qarşılıqlı əlaqəli bazarlar və bir-biri ilə bağlı cəmiyyətlər Cənubi Qafqazda uzunmüddətli sabitliyi və rifahı gücləndirə bilər. Lüksemburqdakı görüş yalnız ilk addımdır. Bunu noyabrda Amerika Birləşmiş Ştatlarının iştirakı ilə investisiya forumu izləyəcək”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv