Bakıda 39 yaşlı kişi işdən çıxarıldı, xalası oğlunu öldürdü

Bakıda 39 yaşlı kişi işdən çıxarıldı, xalası oğlunu öldürdü






presstv

"Presstv"az #Ailə, #Audi, #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Cinayət işi, #Hadisə, #Münaqişə, #Qaradağ rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakının Qaradağ rayonunda 1986-cı il təvəllüdlü Hüseyn Şirinov xalası oğlu Nail Həsənovu qətlə yetirib.

presstvaz Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə aprelin 7-də saat 20 radələrində Sahil qəsəbəsinin ərazisində qeydə alınıb.

Həmin gün saat 15 radələrində Cəlilabad rayon sakini H.Şirinovla 1998-ci il təvəllüdlü xalası oğlu Nail Həsənov arasında telefon danışığı zamanı mübahisə yaranıb.

Hüseyn işdən çıxarılmasına görə xalası oğlunu günahkar bilib, onun şirkətdə qalıb işləməsi ilə bağlı mübahisə edib.

Mübahisə təhqirlə müşayiət olunan münaqişəyə çevrilib. Xalası oğlunu öldürmək qərarına gələn Hüseyn saat 20:40-da Sahil qəsəbəsi, Qaradağ stansiyası, “Məhəllə marketi” adlı dükanın qarşısında onunla görüşüb.

Dükanın yaxınlığında olan vaqon dayanacağının içərisində əvvəlcədən gizlətdiyi bıçağı götürüb, köynəyinin sol qolunun altına qoyub. Oraya gələn xalası oğluna yaxınlaşıb, bıçaqla onun ürək nahiyəsinə zərbə vurub. Zərərçəkmiş aldığı bıçaq yarasından ölüb.

İstintaq orqanı tərəfindən H. Şirinovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, Nail zəng edərək onunla işi olduğunu deyib və nalayiq ifadələr işlədib: “Məni Qaradağ rayonu ərazisində mağazanın yaxınlığına çağırdı. Qorxutmaq məqsədilə bıçaq götürdüm.

Nailə iki bıçaq zərbəsi vurdum. Jaketindən dartanda bıçaq sinə nahiyəsinə dəydi. Hadisə baş verdikdən sonra özümü itirdiyim üçün qaçıb Cəlilabada getdim”.

Təqsirləndirilən şəxs bildirib ki, xalası oğlu da, özü də Qaradağ rayonu ərazisində yaşayıblar: “Sement zavodunda birlikdə işləyirdik. Xalam oğlu sürücü idi. Aramızda heç bir problem olmayıb”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə axşam saatlarında baş verib: “Nail gələndə ona salam verdim, əl uzatdıqda məni vurmağa və boğmağa başladı. Evdən çıxanda Naili qorxutmaq məqsədilə yağ bıçağı götürmüşdüm. Hadisə vaxtı Nail içkili idi.

Narkoloji dispanserdə qeydiyyatdayam. Psixotrop maddə metamfetamin qəbul edirəm. Hadisə günü də metamfetamin qəbul etmişdim”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə H.Şirinov 17 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə qərar verilib.

Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli tədbir də tətbiq edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv