Hövsanda 7-ci mərtəbədən yıxılan uşaq ailənin tək övladı imiş – TƏFƏRRÜAT

Hövsanda 7-ci mərtəbədən yıxılan uşaq ailənin tək övladı imiş – TƏFƏRRÜAT






presstv

"Presstv"az #Ailə, #Araşdırma, #Araşdırma aparılır., #Audi, #Bakı, #Hadisə, #Həkim, #Hövsan qəsəbəsi, #Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi, #Suraxanı rayonu, #Təcili Tibbi Yardım, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda yaşayış kompleksində azyaşlı 7-ci mərtəbədən yıxılaraq ölüb.

Ailə üzvlərinin verdiyi məlumata görə, Rəsul Əlifzadənin 3 yaşı olub. Maraqlıdır ki, rəsmi qurumlar onun 3 yox, 6 yaşı olduğunu bildirib. Məlumata görə, hadisə baş verən vaxt azyaşlı həyətdə nənəsi ilə uşaq meydançasında olub. O, evə getmək istəyib, nənəsinin yanından qaçaraq liftə tək girib.

Rəsul Əlifzadə ailənin tək övladı olub.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Xəzər xəbər”ə bildirilib ki, oktyabrın 18-də, saat 15:40-da Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2019-cu il təvəllüdlü azyaşlının həkiməqədər ölüm faktı qeydə alınıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Daha ətraflı “Xəzər TV”nin videomaterialında


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv