“Barselona” Avropa Superliqasından çıxdığını açıqladı – RƏSMİ

“Barselona” Avropa Superliqasından çıxdığını açıqladı – RƏSMİ






presstv

"Presstv"az #"Real Madrid", #Audi, #Avropa, #Futbol, #İspaniya, #İspaniyanın, #Jurnalistlər, #Superliqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İspaniyanın “Barselona” futbol klubu Avropa Superliqası layihəsindən geri çəkilib.

presstvaz TASS-a istinadən xəbər verir ki, bu barədə klub prezidenti Xuan Laporta jurnalistlərə açıqlama verib.

“Səbəblər sadədir. Biz UEFA ilə Superliqa arasında əlaqə yaratmaq üzərində işləyirik. Çempionlar Liqasının formatındakı dəyişiklik turnirin ümumi formasını yaxşılaşdırıb ki, bu da gəlirin 20% artması deməkdir. Biz Superliqa layihəsini dəstəklədik, lakin UEFA çərçivəsində müsbət dinamikanı görürük. Yarışların idarə olunması və təşkili məsələsi istisna olmaqla, Superliqa çərçivəsindəki təkliflər UEFA tərəfindən qəbul edildi”, – deyə Laporta bildirib.

Xatırladaq ki, Superliqa layihəsi 2021-ci il aprelin 19-da Avropanın 12 aparıcı klubu tərəfindən elan edilmişdi. Hazırda bu layihədə yalnız “Real Madrid” qalıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv