90 yaşında ilk dəfə Füzulidəki ata evini görən nənə: “Bəlkə də hiss edirlər ki, qızları gəlir”

90 yaşında ilk dəfə Füzulidəki ata evini görən nənə: “Bəlkə də hiss edirlər ki, qızları gəlir”






presstv

"Presstv"az #Ailə, #Audi, #Füzuli, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

90 yaşlı Məhluqə Məcidova 32 ildən sonra doğma ata ocağına ayaq basan sakinlərdən biri olub.

presstvaz İTV-yə istinadən xəbər verir ki, Məhluqə nənə 32 il ərzində öz yurduna qayıtmağı arzulayıb. Bu arzusu Füzulinin işğaldan azad edilməsinin beşinci ilində reallaşıb. Nənə yol boyu diqqətini bir an belə yoldan ayırmayıb, qabarlı əllərini sıxaraq tez çatmasını gözləyib.

Doğma evinə çatdıqda isə Məhluqə nənə dağıdılmış, talan edilmiş ata ocağını görüb. Evdə yalnız divarlar qalıb, hər daş isə onun xatirələrini əks etdirir. Nənə bildirib ki, uşaqlıq xatirələri, ailəsinin izləri hələ də bu daşlarda hiss olunur:

“Bəlkə də ata-anam hiss edir ki, qızları gəlir ata yurduna. İndi ölsəm də, dərdim olmaz. Çünki gəldim, atamın evini gördüm. Yenə də evimdir”.

Məhluqə Məcidova ailə həyatı qurduqdan sonra Astara rayonuna gəlin köçüb. O, uzun illər boyunca Qarakollu kəndinə qayıtmaq arzusunda olub və bu arzusunu gerçəkləşdirə bilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv